Nigarançılıqdan necə qurtulaq?


Digərləri 22 Fev 2020 22:40:00 162 0

Nigarançılıqdan necə qurtulaq?

Nigaranaçılıqların növləri müxtəlif olur.

Onların bəzisi təbiidir və bəzisi isə sonradan insan ruhuna daxil olmuş nigarançılıqlardır ki, onların kökünü kəsmək lazımdır.

Nigarançılıq - ruhun tarazlıq vəziyyətində olmamasıdır.

Ruh niyə tarazlıqdan çıxır? Buna səbəb çoxdur. Gündəlik mövzuların içində itib-batmaq, ali hədəfi itirmək, maddi mövzuların narahatlığı, məişət məsələlərinin təzyiqi, iş prosesində meydana gələn əsəbilik və s.

Bütün bunlardan qurtarmaq üçün, insan öz "Mən"inə qayıtmalı, hədəfini yada salmalıdır. Xatırlamalıdır ki, bu dünyaya nə üçün gəlib?

Son.az deyerler.org-a istinadən bildirir ki, insan sanki qazanmaq, yemək, geyinmək üçün yaşayır. Halbuki, qazanmaq, yemək, geyinmək - yaşamaq üçündür; insanın yaşaması isə Allahın proqramı əsasında kamilliyə yetişmək üçündür.

İnsan gərək bu hədəfi itirməsin, Allahı yada salmaqla, özünə, öz kimliyinə qayıtsın.

Mənəvi hüzura çatmaq üçün Quran və hədislərimiz bizlərə çox sayda yollar göstərmişdir ki, onlarla tanış olaq:

1. Allaha diqqət etmək. Allahdan olub və Ona tərəf qayıdacağımızı unutmamaq.

2. Namazı əvvəl vaxtda yerinə yetirmək və ona xüsusi diqqət göstərmək.

3. Quran oxumaq və ayələri barəsində təfəkkür etmək.

4. Allaha dua edib, Onunla münacat etmək.

5. Hər bir işdə Allaha təvəkkül etmək.

Bu deyilən yollar arasında insan ruhuna ən çox təsir qoyan yol - Allahı yada salmaq və Onu davamlı olaraq zikr etməkdir. Zikr gərək davamlı və qəlbdən olsun.