İflic olmuş xanımın möcüzəvi şəfası


Digərləri 22 Fev 2020 22:10:00 160 0

İflic olmuş xanımın möcüzəvi şəfası

Böyük alimlərdən biri şahın dövründə iki oğlunu itirir. Və üstəgəl, xanımı iflic olur. Görmə qabiliyyətini itirmək üzrə olur. Cavanlığını əldən verir və tez şəkildə qocalmağa başlayır. Alim qərara alır ki, xanımını paytaxta aparsın və xəstəxanaların birində yatızdırsın.

Alim deyir: "Mən səhər sübh yuxudan ayıldım və istədim ki, xanımımı Tehrana aparım, ancaq gördüm ki, qalan övladlarım başsız qalacaqdır.

Nigaran oldum və İmam Zaman ağaya (ə.f) təvəssül etdim. Allaha dua etdim ki, İmam Zaman ağanın (ə.f) inayətini bizlərə şamil etsin.

Elə ki, gecə yarısı oldu, gördüm ki, çıraqları yandırdılar və hay-küy salmağa başladılar.

Soruşdum ki, nə olmuşdur?

Qızım dedi ki, atacan, anam yaxşılaşmışdır.

İrəli getdim və gördüm ki, həqiqətən də şəfa tapmışdır. Qocalığı ondan əl çəkmiş və cavanlaşmışdır. Gözləri də görməyə başlamışdır.