Niyə xoşbəxtlik maldövlətdə deyil?


Digərləri 22 Fev 2020 21:50:00 146 0

Niyə xoşbəxtlik maldövlətdə deyil?

İnsanların əksər hissəsi belə düşünür ki, o ölkələr ki, inkişaf etmişdir və daha çox sərvətə malikdirlər - başqa millətlərdən daha xoşbəxt yaşayırlar. Halbuki, əgər bu cəmiyyətlərin daxilinə nəzər salsaq, görərik ki, onlarda yaşayan insanların əksər hissəsi dünyanın ən çarəsiz insanlarıdır.

Bu yaxında qəzetlərin birində belə bir xəbər var idi ki, ABŞ şəhərlərindən birində işıqlar sönür və bu zaman insanlar fürsətdən istifadə edib, dükanlara hücum çəkirlər və onları qarət edirlər. Polis təxminən 3 min nəfər qarətçini həbs etmişdir. Əlbəttə, bu rəqəmi azaldıblar, çünki qarətçilərin sayı bu deyilən rəqəmdən daha çox olmuşdur.

Bu hadisə göstərir ki, belə bir böyük ölkə nə qədər aciz və zəif insanlara malikdir. İnsanlar fürsət tapan kimi qarətlə məşğul olmaqdan xəcalət çəkmirlər. Bu xəbər həm də həmin cəmiyyətdə əmin-amanlığın olmamasından da məlumat vermişdir.

Ona görə də sərvəti xoşbəxtlik ilə səhv salmaq olmaz. Sərvət xoşbəxt olmaq üçün əsil amil hesab olunmur.

Əgər bir ölkədən geridə qalmış bir ölkə kimi bəhs olunursa, həqiqətdə bu, o deməkdir ki, həmin dövlət iman və əqidə cəhətdən geri qalmışdır, nəinki sərvət cəhətdən. Amma çox təəssüf ki, müasir dövrdə əqidə və iman mövzusu - ən az əməl olunan mövzulardan birinə çevrilmişdir. Adətən müsəlman ölkələri imana riayət edən olurlar. Ancaq bəzən görürük ki, müsəlman olmayan ölkələrdə İslam dininə bəzən daha çox əməl olunur, nəinki özünü müsəlman adlandıran ölkələrdə.

İslam dini bəşəri xoşbəxt olmaq üçün ədalətə, əmanətə, səy göstərməyə, elm və biliyə, agahlıq və ayıqlığa, ittihad və vahid olmağa və bir çox bu kimi gözəl dəyərlərə dəvət edir.

Bunu da qeyd etmək lazımdır ki, əqidəsiz insanların heç də hamısı zəngin yaşamır, onların böyük əksəriyyəti yoxsul həyat sürür.

Qurani-Kərim zənginlik barəsində nə buyurur?

1. Mal-dövlətin zərrəcə əhəmiyyəti yoxdur. "Əgər insanların hamısının bir ümmət olmaları (hamısının küfr və şirk ətrafında birləşmələri) ehtimalı olmasaydı, həqiqətən Rəhman Allaha kafir olan kəslərin evləri üçün gümüşdən tavanlar və yuxarı çıxmaları üçün (gümüşdən) nərdivanlar düzəldərdik. Və evləri üçün (gümüş) qapılar və taxtlar (düzəldərdik) ki, onlara söykənsinlər.