Dünyanın ən məşhur karnavalı başlandı VİDEO FOTO


Digərləri 22 Fev 2020 21:02:00 119 0

Dünyanın ən məşhur karnavalı başlandı  VİDEO  FOTO

Braziliyanın Rio de Janeyro həhərində dünyanın ən məşhur karnavalı başlanıb.

Son.az bildirir ki, şəhər meriyasının ilkin hesablamalarına görə, builki karnavalda 7 milyon insan iştirak edəcək. Onların təqribən 2 milyonu turistlərdir.

Karnavalın əsas olayı həmişəki kimi, yerli "samba" rəqs məktəblərinin çıxışları olacaq. Karnavalın ilk günündə ali liqaya çıxmağa çalışan kollektivlər çıxış edəcək, sonra isə Sambadromdan təcrübəli və tanınmış kollektivlər keçəcəklər.

Karnaval Sambadromda ən yaxşı samba kollektivlərinin keçidi ilə başa çatacaq. Onların arasında "Manqeyra" favorit hesab olunur. "Manqeyra" samba məktəbi indiyədək 20 dəfə karnavalın çempionu olub.