Rəhman Rəhmanov əməliyyat olundu Ağır vəziyyətdə olan aktyorun


Digərləri 22 Fev 2020 20:11:00 127 0

Rəhman Rəhmanov əməliyyat olundu  Ağır vəziyyətdə olan aktyorun

Əməkdar artist Rəhman Rəhmanov əməliyyat olunub.

Son.az yenicag.az-a istinadən bildirir ki,yaxınlarının  verdiyi məlumata görə, bu dəqiqələrdə başa çatan əməliyyat zamanı aktyorun bağırsaq yolunu kəsən daş çıxarılıb. Aktyor şəkərli diabetdən əziyyət çəkdiyi üçün, əməliyyat açıq deyil, endoskopik yolla baş tutub: "Həkimlər əməliyyatın uğurla keçdiyini deyir".

Yaxınları aktyorun bir neçə gün sonra ikinci dəfə əməliyyat olunacağını deyib: "Öd kisəsi tamamilə yararsız haldadır, ikinci əməliyyatla onun öd kisəsi çıxarılacaq".

Qeyd edək ki, aktyorun əməliyyat xərcinin əsas hissəsini Bakı Sağlamlıq Mərkəzi üzərinə götürüb.