Balansında 10.000 BTCdən çox olan cüzdanlar


Digərləri 22 Fev 2020 20:05:00 153 0

Balansında 10.000 BTCdən çox olan cüzdanlar

Bitinfocharts.com analitik portalı balansında bitcoin sayı göstərilən BTC-cüzdanlar barədə statistik məlumatları dərc edib. 11.02.2020 tarixinə mövcud olan 27.2 milyon BTC-cüzdan arasında balansına görə ən iri 3 BTC-cüzdan:

255.502 BTC (35hK24tcLEWcgNA4JxpvbkNkoAcDGqQPsP - Huobi) 182.501 BTC (35hK24tcLEWcgNA4JxpvbkNkoAcDGqQPsP - Bitfinex) 111.858 BTC (3CgKHXR17eh2xCj2RGnHJHTDjPpqaNDgyT)

Bundan əlavə, hazırda 106 cüzdanda 10.000-dən çox BTC, 2.060 cüzdanda 1.000-dən 10.000-ə qədər BTC, 14.068 cüzdanda isə 100-dən 1.000-ə qədər BTC saxlanılır.

Balansında ən azı 1 bitcoin olan cüzdanların sayı 632.729 təşkil edir.