Betondan inşa edilmiş gəmilər niyə batmırdılar?


Digərləri 22 Fev 2020 19:35:00 163 0

Betondan inşa edilmiş gəmilər niyə batmırdılar?

19-20-ci əsrlərdə gəmilərin betondan hazırlandığı çox az adama məlumdur. Bu gəmilərin konstruksiyası müasir gəmilər kimi bütün fizika qanunlarına və Arximedin məşhur nəzəriyyəsinə tam uyğun idilər. Kifayət qədər ağır çəkili olsalar da, göyərtələrinə çoxlu sayda sərnişin və yüz tonlarla yük götürə bilirdilər.

İlk dəmir-beton konstruksiyalı qayığı 1849-cu ildə fransız mühəndisi və ixtiraçısı Lambo yaradıb. 1855-ci il beynəlxalq dəniz sərgisində sensasiyaya səbəb olan bu ixtira daha iri beton gəmilərin inşasına təkan verib. Lakin bu proses uzun sürməyib və bir neçə ildən sonra ona olan maraq azalıb.

Birinci Dünya Müharibəsi zamanı yüksək keyfiyyətli polad az olduğundan Avropada dəmir-beton gəmilərin inşasına ehtiyac yaranır. İtaliya, Almaniya, Norveç, Fransa, Danimarka və İsveçdə minə yaxın bu tip gəmi inşa edilir. ABŞ-da və Çində də belə gəmilərdən istfadə olunurdu.

Dəmir-beton gəmilərin inşası İkinci Dünya Müharibəsində yenidən "dəbə" minir. 1946-1948-ci illərdə "daş" gəmilərin əksəriyyəti SSRİ və müharibədən sonrakı Almaniyada inşa edilib. Müharibə illərində ABŞ-da təxminən otuza yaxın belə gəmilər yaradılır, lakin sonradan onlar yenə də unudulur. Gəmilər 21-ci əsrin əvvəllərinə qədər istifadə olunurdu. Bəziləri bu gün də üzən neft anbarları və qazma platformalarının tikintisində istismar edilir.

1975-ci ildə maye qazı saxlamaq üçün daşıma qabiliyyəti 60 min ton olan dəmir-beton tanker yaradıldı. Bu gəmi hələ də Yava dənizində fəaliyyət göstərir.

Müasir dövrdə belə qeyri-standart materialdan yaxtalar hazırlayanlar da var. Bu gəmilərin bir neçəsi Kiyev yaxt-klubundadır.