Oturaq həyat tərzi ilə ikinci tip diabet arasında əlaqə tapıldı


Digərləri 22 Fev 2020 18:21:00 151 0

Oturaq həyat tərzi ilə ikinci tip diabet arasında əlaqə tapıldı

Oturaq həyat tərzi sağlamlığa ziyandır, belə ki, o, ikinci tip diabetin inkişaf riskini artırır.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə Arizona Universitetinin alimləri xəbərdarlıq edirlər.

Onların son araşdırmaları göstərir ki, ayağa qalxmadan 15 dəqiqəlik oturmaq qanın biokimyasında mənfi dəyişikliklərə gətirib çıxarır.

Əldə olunan nəticələrə əsasən, oturaq həyat tərzi insulinə həssaslığa təsir göstərir.

Alimlər tədqiqat çərçivəsində bu əlaqəni ahıl və orta yaşlı 500 qadın üzərində öyrəniblər. Qadınlara bir neçə həftə ərzində aktivlik səviyyəsini izləyən trekerlər veriblər. Alimlər nəinki qadınların ümumiyyətlə gün ərzində kresloda və ya divanda oturaraq keçirdikləri müddəti, eləcə də heç ayağa durmadan nə qədər oturaq  vaxt keçirdiklərini də nəzərə alıblar. Daha sonra bu məlumatlar tibbi göstəricilərlə müqayisə edilib.