66 saylı Biləsuvar seçki dairəsinin qərarı qüvvədə saxlanıldı


Siyasət 22 Fev 2020 18:42:00 172 0

66 saylı Biləsuvar seçki dairəsinin qərarı qüvvədə saxlanıldı

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 66 saylı Biləsuvar seçki dairəsindən namizəd Lətifə Əliyevanın müraciətinə baxılıb.

Son.az Trend-ə istinadən bildirir ki, məsələ ilə bağlı MSK üzvü Tofiq Həsənov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü həmin dairə üzrə əksər seçki məntəqələrində qanun pozuntularının olduğunu və digər neqativ halların baş verdiyini qeyd edib: "Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Ekspert qrupu tərəfindən müraciət hərtərəfli araşdırılıb. Sosial şəbəkələrdə görüntülərə baxılıb və hər hansı qanun pozuntuları aşkar edilməyib. Seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları öz əksini tapmayıb. Ona görə də müraciət əsassız hesab edilməlidir".

MSK namizədin müraciətinin təmin edilməməsi və DSK-nın qərarının qüvvədə saxlanılması məsələsini müzakirəyə çıxarıb və qəbul edilib.

Son.az