BƏƏ-də daha iki koronavirusa yoluxma halı qeydə alındı


Dünya 22 Fev 2020 17:40:49 133 0

BƏƏ-də daha iki koronavirusa yoluxma halı qeydə alındı

70 yaşlı İran vətəndaşı və onun həyat yoldaşı virusa yoluxub

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Səhiyyə Nazirliyi yeni növ koronavirusa yoluxma ilə bağlı daha iki halın qeydə alındığını açıqlayıb.

Bu barədə “Report” xarici KİV-ə istinadən xəbər verir.

Nazirlikdən 70 yaşlı İran vətəndaşı və onun həyat yoldaşının virusa yoluxduğu bildirilib. Hazırda kişinin vəziyyəti qeyri-sabitdir, o, həkim nəzarəti altındadır.

Virusa yoluxmuş insanlarla əlaqədə olanların hamısı yoxlamadan keçiriləcək.

Qeyd edək ki, BƏƏ-də ümumilikdə 13yoluxma halı aşkarlanıb, 3 nəfər artıq sağalıb,dünyada isə bu infeksiyadan ölənlərin sayı 2300-ü ötüb.