“Pərviz “Survivor”da finala gedəcək”
Digərləri 22 Fev 2020 17:48:00 388 0
Dəfələrlə dünya çempionu olan "Kobra" ləqəbli kikboksçu Pərviz Abdullayevin Türkiyənin məşhur "Survivor" yarışmasındakı iştirakı müzakirə olunur.
Son.az axşam.az-a istinadən bildirir ki, müxtəlif "Youtube" kanallarında və internet portallarında onun kim olması, hansı idman növləri ilə məşğul olması və həyatı barədə məlumatlar yerləşdirilir.
İdmançı barədə bu dəfə "Survivor Panorama" verilişində müzakirə aparılıb. Aparıcılar onun barədə fikirlərini belə izah edib:
Damla Can:
"İndiyədək "Survivor"a qatılan şəxslərin uğursuz olduğunu görməmişik. Mənə elə gəlir ki, finala kimi gedəcək. Əgər aqressivliyi ilə bərabər hisslərinə nəzarət edə bilsə, finalda olacaq".
Səma Aydəmir:
"Cəsur olduğuna əminəm. Onların həyat şərtləri elədir ki, aqressiv idmançı olsa da, özünə nəzarət edə bilir. Çünki məşğul olduqları idman onsuz da aqressivdir".
Mənbə: milli.az