Ucarda yol qəzasında 1 nəfər öldü, 4 nəfər yaralandı - FOTO - YENİLƏNİB


Sosial 22 Fev 2020 17:22:00 155 0

Ucarda yol qəzasında 1 nəfər öldü, 4 nəfər yaralandı - FOTO - YENİLƏNİB

​Bakı-Qazax avtomobil yolunun 122-ci kilometrliyində yol qəzası baş verib.

Ucar rayonundayol qəzasında ölən və yaralananların adları məlum olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki,Gürcüstan vətəndaşı Namiq Vahid oğlu Qərəkməzli qəzada ölüb.

Bakı sakinləri - sürücü Eldar Tofiq oğlu Qarayev, Sahib Eldar oğlu Qarayev, Fatimə Sabir qızı Qarayeva və Kamalə Sabir qızı Əliyeva xəsarət alıblar.

*** 16:01

Bakı-Qazax yolunun Ucar rayonunun Qaradağlı kəndindən keçən hissəsində yol qəzası baş verib.

"Report"unYuxarı Şirvan bürosu xəbər verir ki, Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Eldar Tofiq oğlu Qarayevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə Türkiyə vətəndaşının idarə etdiyi yük maşını (TIR)toqquşub. Nəticədə 5 nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarıavtomobildə sıxılmış vəziyyətdə qalan yaralıları çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Onlardan biriUcar Rayon MərkəziXəstəxanasına gətirilərkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək