ÜSTdən koronavirus açıqlaması:


Dünya 22 Fev 2020 16:45:00 146 0

ÜSTdən koronavirus açıqlaması:

Koronavirusun Çin xaricində sürətlə yayılması böyük narahatlıq yaradır.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşiklatının (ÜST) rəhbəri Tedros Abhanom deyib.

"Bu virusu nəzarətdə saxlamaq üçün lazım olan vaxt getdikcə azalır. Bu şansı qaçırsaq, o zaman əsl problem başlayar. Bir gün geriyə baxıb bu zamandan istifadə etmədiyimiz üçün peşman olmamalıyıq", - deyə ÜST rəhbəri bildirib.

Abhanom İranda koronavirusdan ölənlərin sayının artması, Livanda ilk koronavirusa yoluxma halının qeydə alınması olaylarının həyəcan təbili olduğunu söyləyib.