Sidik kisəsi xərçəngini simptonlarından


Digərləri 22 Fev 2020 16:39:00 150 0

Sidik kisəsi xərçəngini simptonlarından

Sidik kisəsinin xərçəngini sidikdəki sadə biomarker vasitəsilə müəyyən etmək mümkündür.

Son.az oxu.az-a istinadən bildirir ki, aparılan tədqiqatların nəticələri "EbioMedicine" jurnalında yerləşdirilib.

Alimlərin gəldikləri nəticəyə əsasən, bu biomarker simptomlar müəyyən edilməmişdən 10 il əvvəl xəstəliyin mövcudluğunu göstərə bilər.

Mütəxəssislər bildirirlər ki, əksər hallarda sidik kisəsi xərçəngi zamanı  telomerazın (TERT) əks transkriptazının genində mutasiyalar müşahidə olunur. Bu mutasiyalar sidik nümunələrində tapıla bilər, lakin indiyədək bu biomarkerin xəstəliyin erkən diaqnostikası üçün effektiv vasitə ola biləcəyi məlum deyildi.