Əli Əsədov yeni qərar imzalayıb


Siyasət 22 Fev 2020 16:21:03 125 0

Əli Əsədov yeni qərar imzalayıb

Nazirlər Kabineti “Məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin fəaliyyəti Qaydası”nın və “Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası Qaydaları”nın təsdiq edilməsi barədə” 2012-ci il 25 aprel tarixli 89 nömrəli və “Xüsusi peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilmə

Əli Əsədov

Nazirlər Kabineti “Məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin fəaliyyəti Qaydası”nın və “Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası Qaydaları”nın təsdiq edilməsi barədə” və “Xüsusi peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” qərarlarında dəyişiklik edib.

“Report” xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Dəyişikliyə əsasən, “Məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin fəaliyyəti Qaydası”nda“psixi”sözü“psixoloji”sözü ilə əvəz edilib. Eyni zamanda sənədə "psixoloji korreksiya" sözü salınıb.

“Xüsusi peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” qərarda edilən dəyişikliyə görə, sənəddəki“psixoloji və sosial reabilitasiyasını” sözləri “sosial reabilitasiyasını, psixoloji reabilitasiya və psixoloji korreksiyasını” sözləri ilə əvəzlənib.