Ucarda minik və yük maşınları toqquşdu, xəsarət alanlar var


Sosial 22 Fev 2020 16:01:43 244 0

Ucarda minik və yük maşınları toqquşdu, xəsarət alanlar var

​Bakı-Qazax avtomobil yolunun 122-ci kilometrliyində yol qəzası baş verib.

Bakı-Qazax avtomobil yolunun 122-ci kilometrliyində yol qəzası baş verib.

"Report"unYuxarı Şirvan bürosu xəbər verir ki, hadisəUcarrayonunun Pirkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1964-cü il təvəllüdlü Eldar Tofiq oğluQarayevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili"Volvo" markalı yük maşınına çırpılıb. Nəticədə "Mercedes"də olan 3 nəfər sərnişin müxtəlif dərəcəli bədənxəsarətləri ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək