Azərbaycanda qızlar da, oğlanlar da evlənməyə


Digərləri 22 Fev 2020 16:09:00 137 0

Azərbaycanda qızlar da, oğlanlar da evlənməyə

İllər ötdükcə Azərbaycanda gənclərin nikaha daxil olma yaşı da artır. Hazırda insanların bir çoxu 26 yaşından sonra nikaha girməyi planlasa da, digərlərinin nikaha daxil olma istəyi öz iradəsindən asılı olmur.

Əksəriyyət gec ailə qurmağı sosial problemlərlə əlaqələndirir.

Ekspertlər isə evlilik yaşının artmasını gələcəkdə demoqrafik baxımdan ölkə əhalisinin sayına ciddi təsir edəcəyini bildirirlər.

Əslində dünya ölkələrində bu yaş həddi normal hesab olunsa da, bizdə 25-i haqlamış gənclərə "evdə qalmış" yanaşması sərgilənir...

Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən, nikah müvafiq icra hakimiyyəti orqanı (VVADQ) tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. Əgər üzrlü səbəblər olarsa, nikahın bağlanma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər. Xüsusi hallarda isə (hamiləlik, uşağın doğulması və digər hallarda) nikah ərizə verilən gün bağlana bilər.

Əvvəl nikah yaşı qızlar üçün 17, oğlanlar üçün isə 18 idi. Ailə Məcəlləsinə edilmiş dəyişikliklərdən sonra nikah yaşı həm qızlar, həm də oğlanlar üçün 18 yaş olaraq müəyyən olunub.

Yalnız üzürlü səbəb olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Üzrlü səbəblər kimi, tərəflərdən hər-hansı birinin valideynin xəstə olması, qızın hamilə olması və s. göstərilə bilər.

Belə bir icazə olmadıqda nikahın bağlanmasının əsas şərtlərindən biri olan yaş həddi gözlənilmədiyindən nikah rəsmi qaydada tanınmır və VVAQ orqanlarında qeydiyyata  alınmır. Qanunvericiliyin tələblərinə əməl olunmadan, yaş həddini gözləmədən qeyri-rəsmi, dini kəbinlə ailə münasibətləri qursalar belə tərəflər arasındakı faktiki ailə münasibətlərinin heç bir hüquqi əhəmiyyəti olmur. 18 yaşı tamam olmayan şəxslər yetkinlik yaşına çatmayan şəxslər hesab olunduqları üçün qız və oğlanın razılığının heç bir əhəmiyyəti yoxdur.