Bu yaşdan sonra hər gün isti şokolad için


Digərləri 22 Fev 2020 15:43:00 143 0

Bu yaşdan sonra hər gün isti şokolad için

Aparılan araşdırmalara görə, qış aylarının ən məşhur təamlarından olan isti şokolad yaşlanan insanları cavan saxlayır.

Son.az Teleqraf.com-a istinadən bildirir ki, onun tərkibindəki kakao ayaqlarda qan dövranını sürətləndirir.

Daimi isti şokolad içənlər daha uzun müddət piyada gəzə bilirlər. İsti və ya tünd şokoladda katehin adlı maddə var.

Tədqiqatçılar katehinin qan dövranına təsir göstərdiyini və daha uzun gəzə biləcəyini düşünürlər. İngiltərədə 60 yaşdan yuxarı insanların beşdə birində arteriya daralma problemi var. Bu da gəzinti zamanı ayaq əzələlərində ağrı, gərginlik və kramplara səbəb olur.

Periferik arteriya xəstəliyi ürək çatışmazlığı qədər pisdir. Ayaq əzələlərinə kifayət qədər qan getmir. Araşdırmalar göstərib ki, kakao əzələləri qoruyur və maddələr mübadiləsini yaxşılaşır.