İngiltərə yenidən “mavi pasport”a keçir


İqtisadiyyat 22 Fev 2020 15:39:23 202 0

İngiltərə yenidən “mavi pasport”a keçir

İngiltərə Daxili İşlər Nazirliyinin pasportların rənginin dəyişdirilməsi ilə bağlı açıqlaması

Avropa İttifaqını (Aİ) tərk edən İngiltərə hazırda vətəndaşlarının istifadə etdiyi tünd-qırmızı rəngli pasportları 47 il sonra dəyişdirir.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu İngiltərə Daxili İşlər Nazirliyi (Home Office) açıqlayıb.

Məlumata görə, İngiltərə yenidən Aİ-yə üzv olmamışdan əvvəl istifadə edilən “mavi pasportlar”a qayıdır. İngiltərə Daxili İşlər naziri Priti Patel yeni pasportlarla “ölkənin milli kimliyi” ilə yenidən birləşəcəyini açıqlayıb.

Xatırladaq ki, İngiltərədə mavi pasportlar 1921-ci ildə istifadəyə başlanılıb, 1973-cü ildə Aİ-yə üzv olduqdan sonra "tünd-qırmızı pasportlar"a keçilib. Beynəlxalq pasport indeksinə görə, dünyanın 81 ölkəsi “mavi pasport”dan istifadə edir.