Türkiyə Suriya ilə sərhədə ağır silah yerləşdirdi


Dünya 22 Fev 2020 15:19:49 209 0

Türkiyə Suriya ilə sərhədə ağır silah yerləşdirdi

Söhbət “Atılgan ASELSAN”dan gedir. Bu, aşağı məsafədə uçan hava hücumlarını dəf etmək üçün nəzərdə tutulan Türkiyə istehsalı silahdır

Türkiyə ordusu Suriya ilə sərhəd bölgəyə yenihava hücumundan müdafiə sistemi göndərib.

“Report” xəbər verir ki, bunuTRT-nin əməkdaşı Ali Özkök “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, söhbət “Atılgan ASELSAN”dan gedir. Bu, aşağı məsafədə uçan hava hücumlarını dəf etmək üçün nəzərdə tutulan Türkiyə istehsalı silahdır.