ŞOK: Yadplanetlilərin bazası Bakıda yerləşir?


Dünya 22 Fev 2020 15:13:00 161 0

ŞOK: Yadplanetlilərin bazası Bakıda yerləşir?

ABŞ-ın Arizona ştatında UNO (Uçan Naməlum Obyekt) donanması görünüb.

Son.az Teleqraf.com-a istinadən bildirir ki, UNO-ların 2016-cı ilin avqust ayında kameraların obyektivinə tuş gəldiyini iddia edib.

Nəzəriyyəçilər kameralara düşən 3 naməlum obyektin yadplanetlilərin UNO donanması olduğunu iddia edib.

UNO nəzəriyyəçisi Skott Varinq görüntü haqda bunları deyib:

"Böyük ehtimalla, bu UNO-lar yeraltı yadplanetli bazasından gəlir".

O, yadplanetlilərin dünya üçün qorxunc bir planının olduğunu istisna etməyib:

"Onlar hərbi məqsəd güdə bilərlər".

ABŞ Donanması 2004-cü ildə UNO ilə bağlı məxfi məlumatlar əldə edildiyini, bunun ifşa olunacağı halda milli təhlükəsizliyə ciddi təhdidlərin yaranacağını iddia edib.

2004-cü ildə nə baş vermişdi?

"USS Nimitz" döyüş gəmisinin ekipaj üzvləri 2004-cü ildə havada qəribə obyektlə üzləşdilər. Bu barədə mediaya məhdud məlumat verilsə də, araşdırmaçı Kristian Lebmbrayt ABŞ Donanmasının Kəşfiyyat Xidmətinin (ONI) UNO ilə bağlı məxfi məlumatlara sahib olduğunu iddia edib. "Nyu-York Tayms" qəzeti 2017-ci ildə məlum olayla bağlı ekipaj üzvlərinin UNO-larla qarşılaşmasına dair 1 dəqiqəlik video yayımlamışdı.

1991-ci ildə SSRİ-nin "Mir" kosmos stansiyasına gedən ingilis astronavt Elen Şerman yadplanetlilərin mövcud olduğunu iddia etdi. Şerman yadplanetlilərin mövcud olduğunu, onların fərqli elementlərdən ibarət olduğunu bildirdi. Astronavta görə, yadplanetlilərin Yer kürəsinə haradan gəlməsinin sirrini çözmək çox çətindir. Həmin fərqliliklər buna mane olur. Bu varlıqların karbon və azot əsaslı olduğunu deyən Şerman onların görünməsinin mümkün olmadığını iddia edib.

Qədim Misir piramidaları

ABŞ Milli Kosmos İdarəsi (NASA) Misir piramidalarının inşası ilə bağlı ilginc iddiaları irəli sürdü. NASA Tubanın Şimal qütbünə ən yaxın ulduz olduğunu açıqladı. Bu ulduz haqda 4700 illik qeydlər də var. Ən qədim Misir piramidasının inşasında Tuban ulduzunun rolunun olduğu ortaya çıxdı.

NASA-nın "Kepler" teleskopunun nəzarətində olan ulduzun 27 gün ərzində parlaqlığında baş verən dəyişiklik bir sıra iddiaların irəli sürülməsinə yol açdı. Maraqlıdır ki, qədim misirlilər də Tubanı "Şimal ulduzu" adlandırırdılar. Əslində isə Tubanın iki ulduzdan ibarət olduğu üzə çıxdı .

4700 il əvvəl misirlilər inşa etdikləri piramidaları da bu ulduza görə hazırladılar. Araşdırmaçılar da bunu iddia edir. Amma necə? Bu naməlumdur.

Antarktidadakı sirli obyekt

Bir neçə il əvvəl Antarktidada tapılan sirli obyekt haqda hələlik açıqlama verilməyib. Böyük bir buz təbəqəsinin əriməsi ilə ortaya çıxan tikilinin nə olduğu hələlik bilinmir. Lakin bu, Yer kürəsinə çırpılmış bir UNO-ya oxşayır.

Astronavtdan yeni iddia