Oğul dərdinə yenilən əfsanə


Kriminal 22 Fev 2020 14:19:00 195 0

Oğul dərdinə yenilən əfsanə

Son.az ölkə.az-a istinadən Həsənağa Turabov haqqında yazını təqdim edir:

Həsənağa Turabov. Yəqin ki, bu ad və soyad bəs edir ki, tamaşaçı onun kinoda və teatrda oynadığı yüzlərlə obrazı xatırlasın. Amma bu yazıda sənətkarın obrazlarından daha çox, faciəli həyatı barədə danışacağıq.

Qəhrəmanımız 1938-ci il aprelin 24-də Bakıda dünyaya göz açıb. Əslən Cənubi Azərbaycandan idi. Bakının "Zərgərpalan" adlanan məhəlləsində böyüyən gələcəyin sənətkarı 1955-ci ildə daxil olduğu Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsini 1960-cı ildə bitirir. Mehdi Məmmədovun kursunda təhsil alan Həsənağa ali məktəbi bitirdiyi ildən Akademik Milli Dram Teatrında işə başlayır. Teatrda işlədiyi son on dörd ili (1987-2001) isə bu mədəniyyət ocağına rəhbərlik edir.

Deyilənə görə, H.Turabov tələbəlik illərində elə də parlaq gələcək vəd etmirmiş. Düzdür, "Azdrama"da müxtəlif rollar oynayıbmış. Amma onu yaşıdları olan digər gənc aktyorlardan heç nə fərqləndirmirdi. Ələsgər Ələkbərov, Hökumə Qurbanova, Möhsün Sənani, Ələsgər Ələkbərov, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı, Ağadadaş Qurbanov, Leyla Bədirbəyli kimi sənətkarlarla çiyin-çiyinə çalışdıqca Turabovun daxilindəki böyük potensial üzə çıxmağa başlayır.

Turabovun yaradıcılığının ən məhsuldar dövrü isə Tofiq Kazımovun "Azdrama"nın baş rejissoru olduğu illərə təsadüf edir. Daha rejissor teatrın, demək olar ki, bütün repertuarını onun üzərində qurur. 1987-ci ildə isə qeyd etdiyimiz kimi, böyük aktyor uzun illər işlədiyi Akademik Milli Dram Teatrının direktoru seçilir. Direktor seçiləndən sonra daha çox inzibati işlərlə məşğul olur və əksər rollarını güvəndiyi gənc həmkarlarına "bağışlayır".

Çoxları onu həddən artıq əzazil, rəhmsiz biri kimi təsəvvür edirlər. Əslində isə o, göründüyü kimi deyilmiş. Sadəcə, nizam-intizamı çox sevirmiş və öz işində də yetərincə məsuliyyətliymiş. Akademik Milli Dram Teatrının tanınmış aktyoru, əməkdar artist Füzuli Hüseynov Həsənağa Turabov barədə xatirələrini danışır. Deyir ki, onunla ilk tanışlığı təhsil aldığı Azərbaycan Dövlət İncəsənət İnstitutunun bufetində olub. Turabov bufetdən siqaret almaq istəyirmiş, amma xırdası olmayıb. Tələbə Füzuli Hüseynov Turabovun siqaretinin pulunu ödəmək istəyəndə sənətkar buna etiraz edib:

"O, bizdən yuxarı kursa dərs deyirdi. Bufetdə oturmuşduq, bufetə girib siqaret almaq istəyirdi. Bufetçi dedi ki, Həsən müəllim, xırda pulumuz yoxdur. Mən də nəsə almalıydım. Cibimdən pul çıxartdım, dedim ki, Həsən müəllim, məndə var. Mənə tərəf dönüb dedi ki, "ala, "student" adamsan, puluvu qoy cibivə". Razı olmadı və dönüb getdi. Onunla ilk tanışlığımız belə oldu".

Füzuli Hüseynov ikinci dəfə Həsənağa Turabovla qarşılaşmasını belə xatırlayır:

"1985-ci ildə ali məktəbi yenicə bitirmişdim, "Bəyin oğurlanması" filminə dəvət olundum və orada çəkildik. Hərbi xidmətdən qayıdandan sonra isə Akademik Milli Dram Teatrında işə başladım. Həsən Turabov yeganə adam idi ki, seçki yoluyla Akademik Milli Dram Teatrına direktor seçildi. O, teatrın qapısından içəri girəndə Səyavuş Aslandan tutmuş, ən cavan aktyorlara, texniki işçilərədək hər kəs özünü yığışdırırdı. O, sonuncu belə direktor idi. Amma eyni zamanda uşaq kimi ürəyi vardı". 

Həmsöhbətim deyir ki, əslində, Turabov nə cüssəli, nə boy-buxunlu biri idi. Amma çox qəribə xarizması və cəlbediciliyi var idi:

"Aktyorları inzibati metodlarla cəzalandırmaqdan ümumiyyətlə qaçırdı. Deyim ki, çox vaxt ona düzgün informasiya vermirdilər. Bir baxışıyla hər şeyi yerbəyer edirdi. Bəli, o, cüssəli insan deyildi, balacaboy idi. Amma "Azdrama"nın səhnəsinin qəribə möcüzəsi var. Burada hər adam parlaya bilmir. Çox cüssəli aktyorlar olub ki, heç biri görünməyib. Turabov isə o balaca boyu ilə sanki səhnəni doldururdu. Həddən artıq cəlbedici aktyor idi, zalda canlanma yaratmağı bacarırdı. Bu, hər aktyora nəsib olmur".

F.Hüseynovun sözlərinə görə, Həsənağa Turabov nə qədər xarizmatik, zəhmli insan olsa da, bəzən ona verilən yalan məlumatlara inanırmış:

"Onun yan-yörəsində lazımsız insanlar olurdu. Bir az da sözə tez inanan idi və düşünürəm ki, bu, Turabovun ən zəif cəhətiydi. Ona səhv məlumat verirdilər, hirslənirdi. Məsələn, kimsə məndən nəsə deyirdi. Kabinetinə çağırırdı. Qapını döyürdün, "gəl" deyirdi, "otur" demirdi və dərhal "hücuma" keçirdi. Amma izah edəndə ki, əslində, ona çatdırılan xəbərlər doğru deyil, o dəqiqə deyirdi ki, sən Allah, bağışla. Nə qədər təzadlı olsa da, bununla yanaşı, teatrın içini çox yaxşı bilirdi. Yaşar Nurini çox istəyirdi. Neçə dəfə gəlib Yaşardan şikayət etmişdilər. Deməli, bir dəfə Yaşar Nuri teatra içkili halda gəlib, deyilənə görə, yeriyə bilmirmiş. Tez Turabova xəbər veriblər, inanmayıb, deyib ki, ola bilməz. Aparıb göstərəndə deyib ki, ala, o, dəm deyildi, yorulub "prosto". Çox mərd və mövqeyində prinsipial adam idi. Məni teatra özü qəbul etdi və bir cümlə dedi. O sözlər indiyə kimi qulağımdadır. Dedi ki, mən dost olduğumla sonadək dostam, düşmən olduğumla sonadək düşmənəm". Bir çoxlarına elə gəlir ki, Həsənağa Turabov "Azdrama"nın ondan sonrakı direktoru, mərhum xalq artisti Əlabbas Qədirovla qatı düşmən imiş. Doğrudur, müəyyən məqamlarda bu iki sənətkar arasında söz atışmaları olubmuş, hətta Turabov bir dəfə Qədirovu işdən də çıxardıbmış. Amma sonradan bir qrup aktyorun müraciəti ilə Ə.Qədirov işə bərpa olunur. F.Hüseynovun dediklərindən: