“Samsung” daha bir fabrikini bağlayıb


İqtisadiyyat 22 Fev 2020 14:08:12 166 0

“Samsung” daha bir fabrikini bağlayıb

“Samsung” daha bir fabrikini bağlayıb

Cənubi Koreyanın “Samsung” şirkəti ölkənin cənubunda yerləşən fabrikində işçilərin 1-də koronavirusun aşkarlanmasından sonra, həmin fabriki bağladığını açıqlayıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki,fabrikin nə qədər bağlı qalacağı bilinmir.

Qeyd edək ki, fevral ayının əvvəlində“Samsung Electronics” şirkəti Çindəki ən iri satış mərkəzini müvəqqəti bağlanmasına qərar vermişdi.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın “Apple” ve “Tesla” şirkətləri koronavirusun yayılması iləbağlı Çindəki fabriklərini bağlamışdı.