Tutulan icra başçısının müavini ilə Təhsil Şöbəsinin müdirinin rüşvət əməliyyatları: “Məcbur idim”


Digərləri 22 Fev 2020 13:55:00 195 0

Tutulan icra başçısının müavini ilə Təhsil Şöbəsinin müdirinin rüşvət əməliyyatları: “Məcbur idim”

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Neftçala Rayon İcra Hakimiyyətinin başçısının müavini Gültəkin Sadıqova rayonda "təhsil biznesi şəbəkəsi" qurubmuş.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, DTX-nin yaydığı əməliyyat çəkilişlərindən göründüyü kimi sorğu-suala çəkilən icra başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Gültəkin Sadıqova məktəb direktorlarından alınan rüşvətin siyahısı barədə məlumat verir.

Rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov isə qeyd edir ki, müəllimlərdən yığılan 30 min manatı şəxsən İsmayıl Vəliyevə təqdim edib.

O bildirib ki, hər ayın sonunda da 2000 manat rüşvət verib.

"Mən bu pulu əldə etmək üçün məcbur qalıb, hər ay məktəb direktorlarından 50-150 manat arası pul almışam", - deyə Əjdər Kərimov bildirir.

Ümumiyyətlə, bundan əvvəl də mətbuatda yazılırdı ki, Neftçalanın təhsili bərbad səviyyədədir.

İnternet materiallarında qeyd edilirdi ki, Əjdər Kərimovla Gültəkin Sadıqova rüşvət əməliyyatlarına birlikdə rəhbərlik ediblər.

Məktəb direktorlarının təyin edilməsi, dərs saatlarının bölüşdürülməsinin onların müştərək diktəsinin "bəhrəsi" olduğu bildirilirdi.  

Gültəkin Sadıqovanın məktəblərin təmirinə ayrılan pulu da mənimsədiyi haqqında çoxsaylı iddialar mövcuddur.