Sevda Namiq Qaraçuxurludan danışıb ETİRAF ETDİ: “Sevirəm”


Şou-biznes 22 Fev 2020 13:49:00 121 0

Sevda Namiq Qaraçuxurludan danışıb ETİRAF ETDİ: “Sevirəm”

ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi müğənni Sevda Yahyayeva olub. Son.az xəbər verir ki, müğənni Avroviziya yarışmasına qatılmaq istəyindən danışıb: "Avroviziya yarışmasına qatılmağı çox istərdim. Amma istəməzdim seçim turlarına qatılım, yalnız dəvət gəlsə məmnuniyyətlə qəbul edərdim". Müğənni indiki mahnılardan da gileylənib və yaradıcılığından söz açıb: "İndiki mahnıların ömrü azdır. Bir həftə dinlənir, sonra unudulur. Əvvəllər daha yaxşı mövzulara müraciət edilirdi, indi elə bil tükənib. Yaxın günlərdə Ədalət Şükürovun mahnısını oxuyacam. Əvvəl başqa cür olub, yeni aranjemanda mahnıya yeni nəfəs vermişik, gözəl də alınıb. Eyni zamanda Namiq Qaraçuxurluya da müraciət etmişəm ki, meyxanalı mahnı oxumaq istəyirəm. Onun yaradıcılığını çox sevirəm, uğurlu mahnı olsa niyə də olmasın".

Son.az