İranda iki sərhədçi öldürüldü


Dünya 22 Fev 2020 13:34:00 118 0

İranda iki sərhədçi öldürüldü

Ötən gecə İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətində iki iranlı sərhədçi həlak olub.

Son.az xəbər verir ki, bu barədə Trend İran polisinin informasiya portalına istinadən məlumat verib.

Belə ki, Pakistanla sərhəd Cəkiqur kəndində terror dəstəsilə silahlı insident qeydə alınıb. Bildirilir ki, terror dəstəsi İranda sərhəd bölmələrinə zərbə vurmaq üçün sərhədə doğru irəliləyiblər.

Məlumata əsasən, terror dəstəsinin bu irəliləyişindən məlumat əldə edən İran sərhədçiləri atəş açmağa başlayıblar.

Qeyd olunur ki, baş verən güclü insidentdə bir neçə terrorçu öldürülüb, qalanları isə Pakistana qaçıblar.