ÜST koronavirusla bağlı maddi yardımları artırmağa çağırdı


İqtisadiyyat 22 Fev 2020 13:25:59 155 0

ÜST koronavirusla bağlı maddi yardımları artırmağa çağırdı

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağlı daha çox maddi yardım göstərməyə çağırıb

© Deutsche Welle

Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) prezidenti Tedros Adhanom Qebreyesus koronovirusdan ölənlərin sayının 2 min nəfəri keçməsindən sonra təşkilata üzv ölkələri virusla bağlı fəal mübarizəyə çağırıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, ÜST prezidenti üzv ölkələri koronavirusla bağlı daha çox maliyyə yardımı ayırmağa çağırıb.

Koronavirusla əlaqədar hazırkı vəziyyətlə bağlı məlumat verən ÜST prezidenti: “İlkin mərhələdə virusun yayıldığı 6 Afrika ölkəsinə maddi və tibbi yardım ediləcək. İkinci mərhələdə isə 19 ölkəyə 60 min tibbi ləvazimat göndəriləcəyini açıqlayıb”.