Bakıda daha bir sensorlu svetoforlar quraşdırıldı


İqtisadiyyat 22 Fev 2020 13:07:41 165 0

Bakıda daha bir sensorlu svetoforlar quraşdırıldı

​Bakıda daha bir ünvanda piyada təhlükəsizliyinin səviyyəsi artırılıb

BakıdaBibiheybət yolu ilə Arif İsmayılov küçələrinin kəsişməsinin yaxınlığında nizamlanan piyada keçidi təşkil edilib.

“Report” bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, svetoforlar xüsusi sensorla təchiz edilib. Piyada sensorlu qurğuya toxunduqdan sonra svetoforu piyada keçidi rejiminə keçirə bilər.

Qeyd edək ki, bu svetoforlar, əsasən, hərəkətin intensiv olduğu yollarda quraşdırılır və yolda piyada olmadığı halda svetoforun yalnız yaşıl işığı yanır ki, bu da hərəkətin fasiləsizliyinin təmin edilməsi baxımından vacib amildir.