Gənc Nərgizin acı taleyi: “Gözüm ondan başqasını görmürdü, amma mən ona pul üçün lazım idim”


Digərləri 22 Fev 2020 12:59:00 157 0

Gənc Nərgizin acı taleyi: “Gözüm ondan başqasını görmürdü, amma mən ona pul üçün lazım idim”

"18 yaşımda valideynlərimin sözünə qulaq asmayıb, bir oğlana qoşulub qaçdım. Gözüm ondan başqasını görmürdü. Elə bilirdim ki, o da məni sevir. Ailələrimiz evlənməyimizə razı olmadı. Tək mən yox, o da ailəsinə qarşı çıxdı, evdən getdi. Hansı qız olsa, sevildiyini düşünər. Bakıya gəlib kirayə ev tapdıq. Amma sən demə, mən ona pul üçün lazım idim".

Son.az oxu.az-a istinadən yolu sığınacaqlara düşən qadınlardan birinin acınacaqlı həyat hekayəsini təqdim edir:

Müsahibimiz "sevgi"sinə görə evini, ailəsini, bacı-qardaşlarını itirən 1986-cı il təvəllüdlü Nərgiz Rüstəmovadır (ad şərtidir). Ailədə iki bacı, iki qardaş olduqlarını deyən Nərgiz indi hər şey üçün peşman olduğunu, ailəsi üçün darıxdığını deyir.

Hər şey Rüfətə (ad şərtidir) rast gəldiyim gündən sonra dəyişməyə başladı:

"Ata evində o qədər problemimiz olmayıb. Təhsil almamışıq, amma mehriban dolanırdıq. 17 yaşımdan işləməyə başlamışam. Rayonumuzdakı gözəllik salonunda xadimə işləyirdim. Orada günümə 3-4 manat pula görə, bir il işlədim. Bir gün işdən çıxanda onu gördüm. Çox yaraşıqlı oğlan idi. Aşiq oldum. Hər işdən çıxanda gözüm onu axtarırdı. Aradan bir müddət keçdi, görmədim. Sonra bir gün yenə axşam saat 7-də işdən çıxırdım, gördüm kənarda dayanıb məni gözləyir. Yaxınlaşıb tanış olmaq istədiyini dedi. Mən də razı oldum. İlk görəndə ondan çox xoşum gəlmişdi. Nömrəmi götürdü. Bir müddət gizli-gizli danışdıq. O günə qədər ki, mən bu barədə anama dedim. Amma kaş elə anamın dediyinə əməl edərdim, onun arxasınca getməzdim".

Nərgiz deyir ki, Rüfət onunla evlənmək istədiyini bildirəndə ailəsi buna razı olmayıb. Bundan sonra onlar kənddən qaçıblar.

"Yaxın münasibətdə olduqdan sonra mənə münasibəti dəyişdi..."

Nərgiz başına gələnlərdən çox peşman olduğunu deyib: 

"Anama bu barədə dedim. Rüfətin rayonumuzda hərbi xidmətdə olduğunu, bir il sonra hərbi xidmətini bitirib mənimlə evlənmək istədiyini dedim. Amma anam razı olmadı. Rüfətə görə çox ağladım, çox qurban verdim. Ona o qədər inanıb, sevmişdim ki, əsgərliyi bitirdikdən sonra ona qoşulub Bakıya gəldim. Onda mənim 18 yaşım, Rüfətin 19 yaşı vardı. İşsiz-gücsüz Bakıda bir ev tutduq. Dostunun koməyi ilə bir ay birtəhər dolandıq. O məni əmin edirdi ki, ailələrimiz yola gəlsin, toy edəcəyik. Sonra Rüfət mühafizəçi kimi işə başladı. Daha yaxşı evə keçdik. Az sonra isə o, işdən çıxdı. Mən də səhər dönərxanada, axşam isə gözəllik salonunda xadimə kimi işləyirdim. Hər günümə 6 manat dönərxanadan, 4 manat da gözəllik salonundan alırdım. İkinci işimə gedəndə üzərimdən yağ qoxusu gəlməməsi üçün evə gedib yuyunmaq istədim. Evə gələndə gördüm ki, qapı bağlıdır. Pəncərədən baxanda isə Rüfəti başqa qız ilə yataq otağımızda gördüm.