Qubada iki şəxs narkotiklə saxlanıldı


Sosial 22 Fev 2020 12:32:46 148 0

Qubada iki şəxs narkotiklə saxlanıldı

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələri qanunsuz olaraq saxlamaqda şübhəli bilinən iki rayon sakini saxlanılıb.

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələri qanunsuz olaraq saxlamaqda şübhəli bilinən iki rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonundakı regional qrupundan "Report"a verilən məlumata görə, RPŞ-nin Cinayət Axtarış Bölməsinin və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakinləri, R.Haşımovvə M.Dadaşov rayonun Dəvədabanı yaşayış massivi ərazisində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Onların üzərlərinə baxış keçirilən zaman R.Haşımovdan təmiz çəkisi 130 qram, M.Dadaşovdan isə 95 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Dindirilmə zaman hər iki şəxs narkotiklərin onlara məxsus olduğunu və qanunsuz olaraq saxladılarını etiraf ediblər.

Qeyd olunan faktlarla bağlı Quba RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək