YAP könüllüləri Gürcüstanda yaşayan azərbaycanlı uşaqlar üçün kitab topladı


Siyasət 22 Fev 2020 12:42:35 145 0

YAP könüllüləri Gürcüstanda yaşayan azərbaycanlı uşaqlar üçün kitab topladı

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyində YAP könüllüləri tərəfindən Gürcüstanda yaşayan soydaşlarımız üçün toplanan dərsliklərin təqdimatı keçirilib.

© google.az

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyində YAP könüllüləri tərəfindən Gürcüstanda yaşayan soydaşlarımız üçün toplanan dərsliklərin təqdimatı keçirilib.

“Report” xəbər verir ki, tədbirdə YAP Gənclər Birliyinin sədri Seymur Orucov, partiya üzvləri, könüllülər, ictimaiyyət nümayəndələri iştirak edib.

S.Orucov deyib ki, bu tədbir Prezident İlham Əliyevin elan etdiyi "Könüllülər ili" çərçivəsində keçirilir. Oqeyd edib ki, YAP Sabunçu rayon təşkilatının Gənclər Birliyinin sədr əvəzi Misirxan Həsənov təşəbbüsü ilə 500 adda 2 000 kitab toplanıb: “Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı 800 kitab ilkin mərhələdə Gürcüstanda azərbaycanlıların təhsil aldığı 64 saylı məktəbə təqdim ediləcək. Bu, yetərli deyil və bu istiqamətdə təşəbbüslərimiz davam edəcək, yenə kitablar toplanacaq.

Dünyanın harasında yaşamasından asılı olmayaraq azərbaycanlı gənclər tariximiz, mədəniyyətimiz, incəsənətimiz barədə məlumatlı olmalıdır. Rusiya, Avropanın digər ölkələrində yaşayan gənclərimizin də Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı maariflənməsi istiqamətdə çalışacağıq".

M.Həsənov isə deyib ki, kitablar hər bir xalqın tarixini, mədəniyyətini, incəsənətini əks etdirir: "Bu səbəbdən də YAP Gənclər Birliyi və "Azərkitab"ın təşkilatçılığı ilə bu aksiya həyata keçirilib, ziyalılarımız bu kitabların toplanmasında bizə aktiv dəstək veriblər. Artıq sabah kitabların bir hissəsi Gürcüstana aparılacaq".

Tədbir YAP Gənclər Birliyinin üzvlərinin çıxışları ilə davam edib.