“Twitter” prezidentliyə namizədi dəstəkləyən səhifələri bağlayır


Dünya 22 Fev 2020 12:48:47 128 0

“Twitter” prezidentliyə namizədi dəstəkləyən səhifələri bağlayır

İcbari tədbirlər şirkətin platforma manipulyasiyası və spamla bağlı qaydalarının pozulması səbəbi ilə görülüb

“Twitter” ABŞ prezidentliyinə namizəd olan Nyu-Yorkun sabiq meri Maykl Blumberqə dəstək məqsədli postlar dərc edən 70 səhifənin fəaliyyətini dayandırmağa başlayıb.

“Report” “Los Angeles Times” qəzetinə istinadən xəbər verir ki, icbari tədbirlər şirkətin platforma manipulyasiyası və spamla bağlı qaydalarının pozulması səbəbi ilə görülüb. Bəzi hesablar qeyri-müəyyən müddətə dayandırılacaq.

Nəşrin məlumatına görə, sosial şəbəkələrdə təbliğ işləri üçün M.Blumberqin qərargahı “Facebook”, “Twitter” və “Instagram”da milyarderə dəstək məlumatları yaymaq üçün yüzlərlə müvəqqəti işçi cəlb edib.

M.Blumberq prezidentlik yarışına digər əsas namizədlərdən daha gec daxil olsa da, o, qeyri-məhdud maliyyə mənbələrinə malikdir. Digər namizədlərdən fərqli olaraq, o, 50 milyard ABŞ dollarından çox olan sərvətindən vəsait xərcləyir.