TAP-ın iştirakçısının xalis mənfəəti açıqlanıb


İqtisadiyyat 22 Fev 2020 12:34:12 132 0

TAP-ın iştirakçısının xalis mənfəəti açıqlanıb

TAP-ın iştirakçısı ABŞ-ın enerji şirkəti “Tallgrass Energy”nin səhmlərini alır, ümumi investisiya yatırımı 1,6 milyard ABŞ dolları təşkil edəcək

© google.az

Ötən il İspaniyanın LNG terminal operatoru “Enagás”ın xalis mənfəəti 2018-ci illə müqayisədə 4,5% azalaraq 422,6 milyon avro (təxminən 456,6 milyon ABŞ dolları) olub.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, ABŞ-ın enerji şirkəti “Tallgrass Energy”nin səhmlərinin 30%-ni satın alınması ilə bağlı razılıq əldə edən “Enagás” iki mərhələdə (mart və dekabr aylarında) həyata keçirilənrazılaşma üzrə2020-ci ildə yekunlaşacaq alqı-satqıyaümumi investisiya yatırımı1,6 milyard ABŞ dolları təşkil edəcək. Şirkət “Tallgrass Energy”in satın alınmasını maliyyələşdirmək üçün ötən ilin dekabrında ilk dəfə500 milyon avro məbləğində kapital artımına gedib.

Qeyd edək ki, ötən il İspaniyanın təbii qaza olan ümumi tələbatı 2018-ci illə müqayisədə 14% artaraq 398mlrd kub metrsəviyyəsinə çatıb və 10 illik maksimumu yeniləyib. İspaniyada təbii qaza olan tələbatın artmasının əsas səbəbi elektrik enerjisi istehsalında kömürdən istifadənin azaldılması göstərilir. Kömürün azaldılması elektrik enerjisi istehsalı sahəsində təbii qaza olan tələbatı illik müqayisədə 80% artırıb.

2019-cu ildə sənayedətəbii qaza olantələbat 214 mlrd kub metrtəşkil edib, bu da sənaye istehlakı ilə əlaqədar indiyədək açıqlananməlumatlara görəən yüksək göstəricidir və demək olar ki, sənayenin bütün sahələrində, xüsusən də xidmətlər sektorunda artıb.

Xatırladaq ki,“Enagás”qlobal tullantıların ətraf mühütə atılmasını 2014-2018-ci illər ərzində 47% azaldaraq, 2030-cu ilədək əlavə olaraq 25%,2040-cı ilə qədər 61%azaltmağa davam etmək niyyətindədir və2050-ci ilə qədərkarbon neytral olacağına sadiqdir.

“Enagás”ın iştirak etdiyi beynəlxalq layihələrdən Trans Adriatik Boru Kəmərini (TAP) 2020-ci ildə kommersiya istifadəsinə verilməsiplanlaşdırılır. Hazırda layihənin 92%-i yekunlaşıb.