“18 il efir üzünə həsrət qoymuşdular...”


Şou-biznes 22 Fev 2020 12:24:00 177 0

“18 il efir üzünə həsrət qoymuşdular...”

Aparıcı və aktyor Azər Aydəmir ad çəkməsə də, həmkarı Mətanət Əliverdiyevanı qadına şiddətlə bağlı ifadələrinə görə tənqid edib.

Son.az axşam.az-a istinadən bildirir ki, o, bu barədə sosial media hesabında yazıb:

"Kanal niyə reytinq vurğununu, özünəvurğunları niyə işdə saxlayır axı? Məktəblərdəki kimi TV-lərə də psixoloq yerləşdirmək lazımdır ki, aparıcıların psixoloji durumunu hər həftə yoxlasın?".

O, daha sonra M.Əliverdiyevanın uzun illər keçmiş ANS ÇM radiosundakı fəaliyyətini nəzərdə tutaraq "18 il bir otaqda saxlamışdılar, efir üzünə həsrət qoymuşdular bir nəfəri... Qardaş bilirdi də neyləyirdi. Niyə bəyənmirsiz axı?" deyə, bildirib.

Qeyd edək ki, M.Əliverdiyeva proqramına qonaq olan müğənni Manaf Ağayevə "Qadın səni hansı həddə çatdırmalıdır ki, ona əl qaldırasan" sualını ünvanlayıb.