Azərbaycan 8,4 milyon dollarlıq polietilen ixrac edib


İqtisadiyyat 22 Fev 2020 12:22:16 157 0

Azərbaycan 8,4 milyon dollarlıq polietilen ixrac edib

​Azərbaycan 8,4 milyon dollarlıq polietilen ixrac edib

© goole.az

Bu ilin yanvar ayında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 12,301 min ton həcmində ilkin formalarda polietilen ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 8,418 mln. ABŞ dolları təşkil edib.

Polietilenin yanvar ayında qeyri-neft sektoru üzrə ixracda payı 5,98% olub.

Qeyd edək ki, Azərbaycanda aşağı və yüksək sıxlıqlı polietilen istehsal edilir. Aşağı sıxlıqlı polietilen “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda, yüksək sıxlıqlı polietilen isə “SOCAR Polymer”in ötən ilin fevralında istismara verilən eyni adlı zavodunda istehsal edilir.