Nigerdə 120 terrorçu məhv edildi


Dünya 22 Fev 2020 12:00:19 121 0

Nigerdə 120 terrorçu məhv edildi

Niger və Fransa silahlı qüvvələri Nigerin cənub-qərbində fevralın 1-dən başlayan birgə hərbi əməliyyat zamanı 120 terrorçunu məhv edib

Nigerin cənub-qərbində bu ölkəninvə Fransa silahlı qüvvələrininfevralın 1-dən başlayan birgə hərbi əməliyyatı zamanı 120 terrorçu məhv edilib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, ölkənin Müdafiə Nazirliyinin məlumatında əməliyyatın Mali və Burkina Faso ilə sərhəd yaxınlığındakı Tillaberi bölgəsində keçirildiyi vurğulanıb.

Həmçinin silahlı qüvvələr partlayıcı qurğular yaratmaq üçün avadanlıq, bir neçə nəqliyyat vasitəsi ələ keçiriblər. Hərbçilər arasında itki qeydə alınmayıb.

Xatırladaq ki, eyni bölgədə 2017-ci ilin oktyabr ayında İŞİD terror qruplaşmasının regional bölməsinin silahlıları ABŞ və Nigerin birgə patrulunu “tələyə salmış”, 4 ABŞ xüsusi təyinatlısını və 4 nigerli hərbçini öldürmüşdü.