Yeni doğulan körpənin mimikası gündəm oldu


Digərləri 22 Fev 2020 11:54:00 160 0

Yeni doğulan körpənin mimikası gündəm oldu

Sosial şəbəkələrdə yayılan görüntülər maraq doğurub.

Son.az Dailymail-ə istinada xəbər verir ki, kadrlarda yeni doğulan körpənin ona ağlaması üçün vuran həkimə qaşqabaq sallaması əks olunub.

Qaşqabaqlı körpəyə Isabela Pereira de Jesus adlı verilib. O, fevral ayının 13-də Rio de Janeyro şəhərindəki doğum evində qeysəriyyə üsulu ilə dünyaya gəlib.

Həkimlər yeni doğulan körpənin ciyərlərinin işlədiyini yoxlamaq üçün onun belinə astaca şillə vururlar. Normalda uşaqlar buna ağlayaraq reaksiya verirlər.

Lakin, Isabela fərqlənməyi bacarıb. Belə ki, körpə doğulduğu əsnada ona ağlaması üçün vuran həkimə qaşqabaq göstərib.

Doğum anını çəkmək üçün otağa dəvət edilən fotoqraf həmin anları lentə ala bilib.