Avropada koronavirusdan ikinci ölüm hadisəsi qeydə alınıb


Dünya 22 Fev 2020 11:49:00 141 0

Avropada koronavirusdan ikinci ölüm hadisəsi qeydə alınıb

İtaliyanın Padova şəhərində koronavirusa yoluxan 78 yaşlı kişi ölüb. 

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Veneto bölgəsinin qubernatoru Luk Dzayyu açıqlama verib.

Bu, Avropada karonavirusdan ikinci, İtaliyada isə birinci ölüm hadisəsidir.  

Mərhumun hansı şəraitdə virusa yoluxduğu hələlik dəqiqləşdirilməyib. 

RİA Novosti-nin yaydığı məlumatda isə bildirilib ki, ölən şəxsin 67 yaşlı həyat yoldaşı da yüksək hərarətlə xəstəxanaya yerləşdirilib.