Küveyt İranla uçuşları dayandırdı


Dünya 22 Fev 2020 11:34:00 160 0

Küveyt İranla uçuşları dayandırdı

Küveyt İranla aviaəlaqəni dayandırıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu qərar İranda koronavirusa yoluxma hallarının qeydə alınması ilə əlaqədar qəbul edilib.

Qeyd olunur ki, son iki həftə ərzində İranda olmuş xarici vətəndaşların da Küveytə daxil olması qadağan edilib. İrandan gəlmiş Küveyt vətəndaşları isə karantinə alınacaq.

Küveyt hökuməti yerli sakinləri İrana getməməyə çağırıb.