Rusiya NATOya nüvə zərbəsi endirib


Dünya 22 Fev 2020 10:29:00 128 0

Rusiya NATOya nüvə zərbəsi endirib

ABŞ Rusiyanın Avropaya nüvə zərbəsi endirməsinə hazır olmaq məqsədilə hərbi təlimlər keçirib. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə fevralın 21-də baş tutan brifinq zamanı Pentaqonun nümayəndəsi bildirib.

"Təlimlərin ssenarisinə əsasən, Rusiya Avropa ilə müharibə aparır və RF NATO ərazisində yerləşən obyektə qarşı az güclü nüvə silahından məhdud şəkildə istifadə edir", - deyə nümayəndə bildirib.

Müdafiə Nazirliyinin nümayəndəsi, həmçinin qeyd edib ki, ABŞ Avropada ballistik və qanadlı raketlər yerləşdirəcək.