Hacıqabul ikinci dəfə silkələndi


Digərləri 22 Fev 2020 09:57:00 160 0

Hacıqabul ikinci dəfə silkələndi

Hacıqabulda ikinci dəfə yeraltı təkanlar qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yerli vaxtla saat 08:22-də Qobustan stansiyasından 32 km cənub-qərbdə Hacıqabul ərazisində zəlzələ olub.

Yeraltı təkan 3,4 maqnitudada və 4 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələ hiss olunmayıb.