Sumqayıtda zibil qabından yeni doğulmuş körpənin meyiti tapıldı


Digərləri 22 Fev 2020 09:49:00 160 0

Sumqayıtda zibil qabından yeni doğulmuş körpənin meyiti tapıldı

Sumqayıtda zibil qabından meyit tapılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində qeydə alınıb. Həmin ərazidəki zibil qablarından birindən yeni doğulmuş qız uşağının meyiti aşkar edilib. Körpənin meyiti ekspertizaya təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.