Anası və oğlundan sonra özü də öldü FOTO


Digərləri 22 Fev 2020 08:52:00 126 0

Anası və oğlundan sonra özü də öldü  FOTO

Şəmkir rayon Ələsgərli kənd tam orta məktəbin riyaziyyat müəllimi Əhmədov Zöhrab Rüstəm oğlu aldığı yanıq xəsarələri nəticəsində vəfat edib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, fevralın 11-də Şəmkir rayonunun Ələsgərli kəndində, Əhmədov Rüstəm Süleyman oğluna məxsus fərdi yaşayış evində elektrik naqillərindəki qısaqapanmadan yaranan yanğın nəticəsində anası Əhmədova Mahı Bayraməli qızı və övladı 2011-ci il təvəllüdlü Əhmədov Rüstəm Zöhrab oğlu vəfat edib, Əhmədov Zöhrab Rüstəm oğlu isə ağır bədən xəsarətləri alaraq Bakı şəhərində yerləşən xəstəxanaya aparılmışdı.