SanktPeterburq Bakı reysi ləğv edilib


Dünya 22 Fev 2020 08:44:00 137 0

SanktPeterburq  Bakı reysi ləğv edilib

"Nordavia" aviaşirkətinin bugünkü Sankt-Peterburq - Bakı reysi ləğv edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Yandeks. Cədvəl" xidmətinin məlumatında deyilir.

"5N 705" reysinin təyyarəsi saat 11:00-da Pulkovo hava limanından qalxmalı və saat 15:30-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanında eniş etməli idi.

Reysin ləğv edilməsinin səbəbi məlum deyil.