Şabranda yol qəzasında avtomobildə sıxılı vəziyyətdə qalan şəxs xilas edilib


Digərləri 22 Fev 2020 08:32:00 110 0

Şabranda yol qəzasında avtomobildə sıxılı vəziyyətdə qalan şəxs xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şabran rayonunun Uzunboyad kəndində "Mazda" markalı yük avtomobili və "QAZ" markalı minik avtomobili toqquşub.

FHN-dən Son.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri yük avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.