Bakıda qadın evdə bıçaq xəsarətləri alıb


Digərləri 22 Fev 2020 08:22:00 111 0

Bakıda qadın evdə bıçaq xəsarətləri alıb

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Nəsirəddin Tusi küçəsi 29 ünvanında qeydə alınıb.

1972-ci il təvəllüdlü Gözəlova Səhranə Ruhulla qızı evdə naməlum şəraitdə bıçaq xəsarətləri alıb.

Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.