Ağsuda 4 otaqlı ev yanıb


Digərləri 22 Fev 2020 08:23:00 117 0

Ağsuda 4 otaqlı ev yanıb

Ağsu rayonunda yanğın qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, rayonun Qaravəlli kəndində ümumi sahəsi 280 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və içərisindəki əşyalar 238 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.