İtaliyada yeni növ koronavirusdan


Dünya 22 Fev 2020 07:55:00 110 0

İtaliyada yeni növ koronavirusdan

İtaliyada yeni növ COVID-19 koronavirusundan ilk ölüm halı qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Il Corriere della Sera" qəzeti və digər italyan KİV-ləri məlumat verib.

Məlumata əsasən, Veneto bölgəsində 78 yaşlı kişi ölüb.

Bildirilir ki, o xəstəxanaya 67 yaşlı həyat yoldaşı ilə birgə yerləşdirilib. Onların yeni növ koronavirusa yoluxması son ana qədər sual altında olub.