Türkiyədə mikroavtobus yük maşını ilə toqquşub, çox sayda xəsarət alan var


Dünya 22 Fev 2020 07:05:00 124 0

Türkiyədə mikroavtobus yük maşını ilə toqquşub, çox sayda xəsarət alan var

Türkiyənin Aksaray şəhərində mikroavtobus yük maşını ilə toqquşub.

Son.az Trend-ə istinadən bildirir ki, qəza Aksaray-Ankara avtomobil yolunun 3-cü kilometrində baş verib.

Məlumata əsasən, qəza nəticəsində 13 nəfər xəsarət alıb. Hadisə yerinə cəlb təcili yardım briqadaları və xilasedicilər cəlb edilib.

Bildirilir ki, xəsarət alanlar xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.