Cinlər insanlarla görüşə bilirmi?


Digərləri 22 Fev 2020 07:11:00 146 0

Cinlər insanlarla görüşə bilirmi?

Əgər Qurana nəzər salsaq, görərik ki, cinlərin insanların aləminə giriş qapıları vardır və onlar bəzi zamanlarda insanların aləminə daxil olub, onlarla rabitə qura bilirlər.

Belə ki, oxuyuruq: "Cinlərin çox zehinli və nəhəng olanı (ifrit) dedi: "Mən onu sən məclisdən qalxmamış sənin yanına gətirərəm və əlbəttə, mən bu iş üçün qüvvətli və etibarlıyam!"". ("Nəml" 39).

Bəli, bu dünya aləmində biz insanlardan başqa məxluqlar da yaşayır. Onların da yaxşısı və pisi, mömini və kafiri vardır.

Hədislərə nəzər salan zaman görürük ki, hətta cinlərin möminləri İslam dinini qəbul etmiş və sual vermək üçün Peyğəmbərə (s) və İmamlara (ə) görünmüşdülər.

İslami maarif və Qurandan belə nəticəyə gəlmək olur ki, cinlərin insan həyatına daxil olması iki cür olur:

1. İnsan onun daxil olması üçün zəminə yaradar.

2. Onun daxil olmasında insanın rolu olmaz.

Misal üçün, Bilqeysin taxtını gətirmək mövzusunda cinlərdən olan ifrit deyir ki, sən yerindən qalxmamış mən onu sənin üçün gətirərəm. Bu ayə onu bildirir ki, cinlər insan həyatına daxil olmağa qadirdilər.